• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gəncədə 2014-cü ilin yekunlarına dair şəhər fəallarının yığıncağı keçirilib

Gəncədə 2014-cü ilin yekunlarına dair şəhər fəallarının yığıncağı keçirilib

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə geniş söhbət açılıb.

Öncə tədbir iştirakçıları Gəncənin baş meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoyublar.

Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilən yığıncaqda tədbir iştirakçıları şəhərin sosial-iqtisadi və mədəni inkişafında əldə olunan nailiyyətləri əks etdirən sənədli filmi izləyiblər.

2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünüyaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır.

Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub.Gəncə şəhər ictimaiyyəti hələ də ölkə prezidenti cənab İlham Əliyevin il ərzində 3 tarixi səfərinin, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfərlərinin xoş təəssüratları içərisində yaşayırlar. Ölkə başçısının hər səfərində olduğu kimi, bu səfərləri çərçivəsində də mühüm sosial-iqtisadi və mədəni obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, hesabat dövrü ərzində dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilib.

Qeyd edək ki, 2014-cü ildə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb.

Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

Yığıncaqda çıxış edənlər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, xalq artisti Məmmədəli Balayev, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Gəncəyə vəgəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlhamƏliyevə, hər zaman gəncəlilərə kömək və dəstək olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bəyan ediblər.

Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov ölkəmizdə son 11 il ərzində əldə olunan görkəmli nailiyyətlərdən, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından, Gəncənin böyük intibah dövrü yaşamasından, irəlidə hələ çox zəfərlər əldə olunacağından danışıb.

Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları tərəfindən müraciət oxunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR