Nazirlik ulduz alan mehmanxanaların sayını açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik ulduz alan mehmanxanaların sayını açıqladı

Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Azərbaycandakı turizm şirkətlərinin sayı 277-yə, ulduz alan mehmanxanaların sayı isə 73-ə çatıb.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevral ayı ərzində Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən 7 mehmanxanaya dərəcə sertifikatları verilib. Bakı şəhərindəki "Panorama Villa Lux" mehmanxanasına 4 ulduz, "Azəryol" mehmanxanasına 4 ulduz, "Passage Hotel" mehmanxanasına 3 ulduz, Qusar rayonundakı "Shahdag Hotel&SPA" mehmanxanasına 5 ulduz, "Pik Palace" mehmanxanasına 5 ulduz, "Park Chalet" mehmanxanası 5 ulduz, "Zirvə Hotel" istirahət mərkəzinə 4 ulduz verilib. Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 73-ə çatıb.

Bu ilin yanvar-fevral ayları ərzində 12 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunlar "İşık Turizm", "VİK-5", "Coda", "Airtrips.az", "Klassik Voyaj", "TravelTimeAgency", "İqbal-Travel", "HolidaysTour", "Amil-Travel", "AeroTour", "HayatTravel", "Unitrevel" şirkətləridir.

Beləliklə, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 277-yə çatıb.

Bu ilin yanvar-fevral aylarında lisenziya verilən mehmanxanaların sayı isə 16-dır. Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 318-ə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm