Daha bir azərbaycanlı avtoritet yaxalandı - Rusiyada
Bizi izləyin

Qırmızı.az

Daha bir azərbaycanlı avtoritet yaxalandı - Rusiyada

Çelyabinsk polisi hədə-qorxu yolu ilə vətəndaşlardan külli-miqdarda pul tələb edən iki cinayətkarı yaxalayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlananlardan biri kriminal dünyanın Çelyabinsk üzrə “nəzarətçisi”, avtoritet İlham Osmanovdur.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, saxlanılanlar Çelyabinskdə yaşayan bir biznesmendən hədə-qorxu yolu ilə 11 milyon rubl və sahibkara məxsus “Wolksvagen Passat” avtomobilini tələb edirmişlər.

Şübhəlilər saxlanılan zaman onların üzərindən tapançaya bənzər əşya tapılıb. Hazırda həmin əşya kriminal ekspertizadadır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm