Gömrükçülər külli miqdarda pirotexniki məmulat aşkarladı
Bizi izləyin

Qırmızı.az

Gömrükçülər külli miqdarda pirotexniki məmulat aşkarladı

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda pirotexniki məmulat və fişəng keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Növbəti belə fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Kamaz” markalı, 35BF757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq müşaiyət altında “İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib.

Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşaiyət sənədi olmayan 115120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8372 ədəd fişəng aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm