Qənirə Paşayeva türk dünyasına çağırış etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva türk dünyasına çağırış etdi - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Antalyada Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı geniş məruzə edib.

Publika.az-ın verdiyi xəbərə görə, millət vəkili Qənirə Paşayeva Antalyada Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Antalya Türk Ocaqlarının təşkilatçılığı ilə Antalyanın ən böyük mərkəzlərindən biri Atatürk Kültür mərkəzində keçirilən tədbirdə Q.Paşayeva dünyanın hər yerindəki türk insanına çağırış ünvanlayıb.

Millət vəkili Azərbaycan türklərinin soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə çatdırmaq üçün bütün dünyada Xocalı Soyqrımı ilə bağlı konfrans və tədbirlər təşkil edildiyini bildirib. O, bu soyqırımın bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu deyib:
“Ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini heç vaxt unutmayacaq və unutdurmayacağıq”.

Qənirə Paşayeva bir sıra ölkələrin Xocalı Soyqırımını tanıyan qətnamələr qəbul etməsinə baxmayaraq, cinayəti törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini vurğulayıb. O bildirib ki, canilərin ədalət qarşısında hesab verməsi Azərbaycanın ən böyük hədəflərindən biridir. Millət vəkili deyib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili XX əsrin əvvəlində və sonunda həm Anadoluda, həm də Azərbaycan torpaqlarında, müasir dünyanın gözləri qarşısında ermənilərin törətdiyi qətliam və soyqırımlardan danışıb. O bildirib ki, dünyanın bəzi ölkələri gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: “Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş şəkildə yaymaq. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada bütün dünyadakı hər bir türk üçün əsas məsələ olmalıdır”.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərdiyini vurğulayan Q.Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib: “Biz yalnız ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına münasibət bildirmirlər! ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirməkdə Ermənistana və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır. Biz Xocalı soyqırımı da daxil olmaqla, Ermənistandakı bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalı və torpaqlarımızı işğaldan azad etməliyik“.

Qeyd edək ki, millət vəkili Antalyaya səfəri çərçivəsində qardaş türk toplumları dərnək və təşkilatları ilə də görüşüb və onlarla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm