• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda daha bir əməliyyat: yenə cihadçılar tutuldu - VİDEO

Azərbaycanda daha bir əməliyyat: yenə cihadçılar tutuldu - VİDEO

Qəbələdə qətl törətmiş radikal təmayüllü dini qruplaşmaya məxsus mütəşəkkil cinayətkar dəstənin daha 4 üzvü ifşa edilib. Beləliklə, dəstənin həbs edilən cinayətkar üzvlərinin sayı 8-ə çatıb.

Publika.az Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən xəbər verir ki, respublikanın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə ölkə ərazisində bir sıra ağır cinayətlər, o cümlədən quldurluqlar, oğurluqlar törətməkdə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülüb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha 4 üzvü - Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Bu şəxslərə məxsus evlərə baxış zamanı 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR