Fatimə Daşkəsəndə qəzaya uğradı - FOTO
Bizi izləyin

Qırmızı.az

Fatimə Daşkəsəndə qəzaya uğradı - FOTO

Sumqayıt şəhər sakini 50 yaşlı Fatimə Tağıyeva Daşkəsən rayonunun Zağalı kəndi ərazisində idarə etdiyi Hünday markalı avtomobilin idarə etməsini itirərək aşırıb.

Publika.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Fatimə Tağıyeva əvvəlcə Daşkəsən rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə gətirilib.

Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm