MTN terrorçuları belə zərərsizləşdirdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

MTN terrorçuları belə zərərsizləşdirdi - VİDEO

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycanda şəriət dövləti yaratmaq istəyən 6 nəfər saxlanılıb.

ANS TV-nin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində ölkə ərazisində terrorçulağa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən dəstə ifşa olunub. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıb. Axtarış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd “Makarov” tipli tapança,1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd güllə, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd əl qumbarası aşkar edilərək götürülüb. Dəstə üzvləri odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyaların törədilməsi üçün hazırlıq görüblər.

Təqsirləndirilən şəxs Niyaməddin Xəlilov etiraf edib ki, silah əldə etmək məqsədilə qruplaşma yaradıblar. Məqsəd isə əldə olunan silahla ölkə daxilində terror aktları törətmək olub.

Digər təqsirləndirilən şəxs Ceyhun Abdullayev təlimlərdə iştirak etdiyini bildirdi: "Vəziristana getmişəm. Orada "Mehdi" adlı silahlı birləşmənin tərkibində təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı bizə silahlarla davranma qaydaları öyrədilirdi”.

Ölkənin şəriət qaydaları ilə idarə edilməsini istəyən dəstə ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində cinayət işi başlanılıb. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm