Qırmızı.az
Məktəblərdə əllə yazı ləğv olunacaq
Bu gün bəzi dünya ölkələrində, xüsusilə də Avropadakı
məktəblərdə əllə yazının ləğv edilməsi fikirləri ortaya
çıxıb.
Əllə yazının ləğv edilməsinin tərəfdarları hesab edirlər ki,
kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblilərə
əllə yazı öyrədilməsi lazımsız bir proses və vaxt itkisidir.
Mütəxəssislər hesab edirlər ki, bu günün insanı, onsuz da əl
yazısından nadir hallarda istifadə edirsə, məktəblərdə uşaqlara
belə hüsnüxətt dərslərinin keçirilməsi lazımsızsdır.
Bəs azərbaycanlı mütəxəssislər necə düşünürlər? Ölkəmizdə də
belə prosesin reallaşması mümkündürmü?
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov hesab edir ki, qeyd olunanlar ümumdünya prosesidir və Azərbaycanın bu proseslərdən kənarda qalması mümkünsüzdür.
Publika.az xəbər verir ki, N.Cəfərov milli.az-a
deyib:
"Bir vaxtlar Avropa ölkələrinin özündə də hüsnüxətt yazısı,
gözəl yazı nümunə hesab olunurdu. Ancaq bu gün kompüter əsridir.
İlk yaşlardan uşaqlara kompüter tədris olunur. Azərbaycanda da bir
zamanlar hüsnüxətt qaydalarına xüsusi diqqət yetirilir və ayrıca
hüsnüxətt dərsləri keçirilirdisə, ancaq bu gün həmin dərslərə
ehtiyac qalmayıb".
Professor Cəfərov hesab edir ki, gələcəkdə əl yazısı olmayacaq.
Ancaq həmin proses tədricən getməlidir.
"Bunun üçün mükəmməl bir texnologiya lazımdır. Bütün
məktəblərin, siniflərin və şagirdlərin kompüterlə təmin olunması
lazımdır. Bu da tədricən gedən prosesdir və bu proses gedir", - o
qeyd edib.
Bu gün əl yazısının birdən-birə yığışdırılmasının real
olmadığını deyən N.Cəfərov əlavə edib ki, birinci mərhələdə əl ilə
yazı yavaş-yavaş yığışdırılmalıdır.
"Bu hissə-hissə olur. Vaxtilə Azərbaycanda dövlət idarələrinə
müraciət ediləndə, əl yazısı ilə ərizə tələb olunurdusa, bu gün
elektron şəkildə yazılmış və çap olunmuş ərizə kifayət edir. Həmin
vaxtlar vətəndaşlara əl yazısı ilə cavab verilirdi. Hətta rəsmi
sənədlər də əl yazısı ilə hazırlanırdı. O dövr artıq keçdi və
tədricən fərqli proses gedir", - o vurğulayıb.
N.Cəfərov, həmçinin qeyd edib ki, məktəblilərdə əllə yazı
qaydalarının öyrədilməsi üçün xeyli vaxt gedir. Bundan başqa,
kağız, qələm, karandaş və s. vasitələr lazım olur.
"Əgər gələcəkdə hər kəsin cibinə qoyub daşıyacaq bir kompüter olacaqsa, həmin kompüterdə yazılan informasiyaları lazımi yerlərə ötürmək mümkün olacaqsa, onda əllə yazıya ehtiyac qalmayacaq. Bu, sadə mexanizmlər bir sıra sahələrdə tətbiq olunur. Əl yazısı aradan tədricən çıxmalıdır və çıxacaq. Proses ona doğru gedir", - deyə o vurğulayıb.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır