Hökumət narkomanlarla bağlı qərar verdi
Bizi izləyin

Qırmızı.az

Hökumət narkomanlarla bağlı qərar verdi

Nazirlər Kabineti “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”yə dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliyə görə, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.

İndiyə qədər 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad edilə bilərdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm