Sabah Bakıda hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda hava küləkli olacaq

Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, martın 6-7-də isə Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm