Azərbaycan-Türkiyə birgə təlimində təyyarə qəzaya uğradı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-Türkiyə birgə təlimində təyyarə qəzaya uğradı

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, pilotların hər ikisi həlak olub.

Konya valisi Muammer Erol verdiyi açıqlamasında Azərbaycan ilə birgə hərbi təlimlər zamanı “F-4” hərbi təyyarəsinin yerli vaxtla saat 9:48-də qəzaya uğradığını bildirib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Publika.az-a açıqlamasında bildirib ki, təlimlərdə iştirak edən Azərbaycan təyyarələri və heyət üzvləri sağ-salamatdır və təlimləri davam etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm