Erməni işğalı altında olan abidələrimizlə bağlı MƏLUMAT
Bizi izləyin

Qırmızı.az

Erməni işğalı altında olan abidələrimizlə bağlı MƏLUMAT

“Azərbaycanın dövlət qeydiyyatında olan 901 tarixi abidə erməni işğalı altındadır. Bunlardan 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli və 13-ü beynəlxalq əhəmiyyətli abidədir. Muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan eksponat və digər əşyaları bura aid etmək olar. Halbuki bu kateqoriyaya aid ilan 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb və bir qismi isə Almaniya, Fransaya, Amerika kimi böyük dövlətlərin şəhərlərində satışa çıxarılıb və ya ermənilər üçün “nüfuzlu” bilinən hüquqi və fiziki şəxslərə hədiyyə edilib”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən "İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi" adlı konfransda Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı bildirib.

Azərbaycanın dövlət rəhbərliyi tərəfindən qiymətləndirmə prosesində qiymətləndirmənin hərtərəfli olmasına cəhd göstərildiyini deyən X. Kazımlının sözlərinə görə, qismən guya toxunulmaz olan abidələr var ki, onların xarici görünüşünə xələl gətirilsə də, daxili və xarici faydalılığına xələ gətirmək üçün onların eybəcərləşdirilməsinə şərait yaradırlar. Bunlar əsasən arxeoloji və memarlıq qurumuna daxil olan binalar, tikililər, qurğulardır ki, inşa edildikləri və ya qurulduqları yerlərdə öz mövcudluqlarını qiusmən də olsa qoruyub saxlaya bilib.

X. Kazımlının sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, işğal altındakı abidələrimiz dövlət qeydiyyatında olan abidələrimizin tərkibi müxtəlif olmaqla onların sayı barədə fundamental faktlar var:

“Təxminən bunlardan 50 türbə, 67 məscid, 92 ziyarətgah, 106 məbəd, xalqımızın ulu tarixini əks etdirən 262 xatirə abidəsi, 253 arxeoloji abidə, 39 qala, bu tipdən olan 32 körpü daxildir. Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxaq ekspertlərin iştirakıyla dəyərləndirilməsi üçün fəaliyyət planı hazırlanıb. Memarlıq abidələri içərisində ermənilər tərəfindən çox dağıntı və tələfatlara məruz qalan islam dini abidələridir. Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri olub”.

X.Kazımlının sözlərinə görə, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidinin Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 və sairə 63-ü dağıdılmış, 4 məscid isə yararsız hala çatdırılmışdır. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki aşağı Gövhərağa, yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm