Azərbaycanda ilin ilk Günəş tutulması - eynəkləri hazırlayın
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilin ilk Günəş tutulması - eynəkləri hazırlayın

Martın 20-də ölkə ərazisində bu ilin ilk Günəş tutulması müşahidə ediləcək. Bu, tam tutulma adlanır, təxminən 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması Bakı vaxtı ilə saat 11:40-da başlayır, 15:48-də başa çatır.

Bunu Publika.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu, qismən Günəş tutulması kimi müşahidə ediləcək.

“Azərbaycanda bu tutulma saat 13:49-da başlayacaq, 15:20-də başa çatacaq. Bu, ölkəmizdə təxminən 1.5 saat davam edəcək. Ayın diski Günəşin diskinə şimal-qərb tərəfdən girəcək. Həmin tərəfdən Günəş diskində qaralma başlayacaq. Bütün ölkə ərazisində müşahidə ediləcək. Bu tutulmanı adi gözlə yox, Günəş tutulması üçün hazırlanmış xüsusi eynəklərlə görmək mümkün olacaq. Diqqətlə baxıldıqda qaralma müşahidə ediləcək”.

X.Mikayılov İslandiyada, Atlantik Okenın şimal hissəsində və Şimal Buzlu okeanında tam tutulmanın müşahidə ediləcəyini bildirib.

“Həmin ərazilərdə Ayın diski tamamilə Günəş diskinin qarşısını kəsəcək. Avropa və Afrika ölkələri isə bizim kimi qismən tutulmanı müşahidə edəcək. Şimali Afrikada, Şimali Asiyada və Afrikada bunu görə biləcəklər”.

Tam Günəş tutulmasının insanların səhhətində yarada biləcəyi narahatlığa gəldikdə, Rəsədxana rəsmisi heç bir təhlükə olmadığını deyib:

“İkisi Ay, ikisi Günəş olmaqla ildə dörd dəfə tutulma olur. Martın 20-də Günəş tutulandan 15 gün sonra aprelin 4-də Ay tutulması müşahidə ediləcək. Ayın bucaq ölçüsü ilə Günəş diskinin bucaq ölçüsü bir-birinə yaxın olduğuna görə, Yer kürəsi, Ay və Günəş bir düz xətt üzrə düşəndə tam tutulma baş verir. Ay Yerlə Günəşin arasında olanda təzələnir və Günəş tutulması baş verir. İl ərzində bu proses 12 dəfə olur, onlardan yalnız 2-də bucaq ölçüləri bir düz xətt üzrə düşür və tutulma baş verir. Ay bədirlənəndə Ay tutulması baş verir. Yer Kürəsi Ayla Günəş arasında olur. Bu dinamik hərəkətlə bağlı prosesdir. İnsanlar üçün narahatlıq, qorxuya səbəb olacaq amil deyil. Hər il müşahidə olunan bu proses heç vaxt fəsad törətməyib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm