Qırmızı.az
Gəncədə istehlak bazarında monitorinq komissiyası yaradılıb
Bu gün YAP Gəncə şəhər Təşkilatının qərargahında şəhər İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə tədbir keçirilib.
Publika.az-ın məlumatına görə, yığıncaqda İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, hüquq–mühafizə orqanlarının, müəssisə və
təşkilatların rəhbərləri, sahibkarlar, iş adamları, şəhərdə
fəaliyyət
göstərən bankların, şirkətlərin nümayəndələri, əczaçılar, səhiyyə
işçiləri iştirak edib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış
edərək qeyd edib ki, Gəncədə sürətli inkişaf və tərəqqi insanların
daha yaxşı yaşamasına və çalışmasına geniş imkanlar açıb:
“Yaradılan yüksək şərait insanların rifahı, sağlamlığı və
xoşbəxtliyi üçündür. Lakin, son zamanlar şəhərimizdə bir sıra
neqativ hallara təsadüf edilir. Bəzi ticarət obyektlərində çalışan
möhtəkirlər süni qiymət artımı yaradır, vaxtı keçmiş məhsullar
satır və əhali arasında narahatçılıq yaradırlar”.
İcra başçısı qeyd edib ki, bu neqativ halların qarşısını almaq
üçün şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə İqtisadi-İnkişaf
Nazirliyinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin,
Statistika Komitəsinin, Gigiyena Epidemiologiya Mərkəzinin müvafiq
yerli qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya
yaradılıb. Bu komissiyanın tərkibində 10 işçi qrup fəaliyyət
göstərəcək və
işçi qruplar mütəmadi olaraq bütün sahələrdə istehlak bazarına
monitorinqini həyata keçirəcəklər.
Distrübiterlərdən Bəhram Məmmədov, Fuad Hüseynov və başqaları çıxış
edərək çalışdıqları şirkətlər tərəfindən ticarət obyektlərinə
verilən məhsulların qiymətində artım olmadığını və əhaliyə xidmətin
yüksək səviyyədə olduğunu bildiriblər.
Tədbirdə qeyd olunub ki, ictimaiyyətlə sıx əlaqə yaratmaq və
operativ tədbirlər həyata keçirmək üçün bu gündən 022-256-00-66
nömrəli qaynar xətt fəaliyyətə başlayıb. Qısa müddət ərzində
monitorinqlərin nəticələri İcra Hakimiyyətinin növbəti yığıncağında
müzakirə olunacaq və konkret addımlar atılacaq.
Süsən Tağıyeva
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü