Qırmızı.az
“Mətbəx verilişləri yayımlayan telekanallar məhkəməyə veriləcək” - Tanınmış kulinardan ŞOK İDDİA
““Mədəniyyət haqqında” Qanunun 37-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyətinin icazəsi olmadan Azərbaycan mətbəxinin istifadəsi qadağandır”.
BunuModern.az-a açıqlamasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov deyib.
O bildirib ki, Azərbaycanın efir məkanına çıxan aşpazların heç biri usta dərəcəsinə və ya 6-cı dərəcəyə sahib deyil. Heç 5-ci dərəcələri də yoxdur. Odur ki, “Mədəniyyət haqqında” Qanuna görə, bu aşpazları efirə buraxan televiziyalar məhkəməyə veriləcək.
“Qanunda milli mətbəx irsimizlə bağlı ifadələr var və bu artıq onu deyir ki, Milli Məclis öz milli mətbəxinə sahib durmağı qarşıya məqsəd qoyub. “Kulinariya haqqında” qanuna da demək olar ki, birlikdə baxırıq.
Qanun Azərbaycan mətbəxinin daha dərindən öyrənilməsi,
toplanması, saxlanması, tədqiqatı, tədrisi, təbliği və s. sahələri
əhatə edəcək. Təklif edərdim ki, qanun Milli Məclisin Mədəniyyət
komitəsindən sonra digər komitələrdə də baxılsın. Çünki burada
insanların sağlamlığı, sosial qidalanma ilə bağlı məsələlər var.
Yəqin ki, digər komissiyalar da qanuna baxıb öz rəylərini
verəcəklər”.
Azərbaycanın milli irs siyahısının da artıq tərtib olunduğunu
deyən Tahir Əmiraslanovun sözlərinə görə, bu siyahıda 1500-ə yaxın
mətbəx nümunəsi əks olunub. Milli irs nümunələrinin siyahısı artıq
Mədəniyyət Turizm Nazirliyinə verilib.
“Hazırda onun üzərində iş gedir. Nazirlər Kabinetində təsdiq
olunandan sonra mətbəxin pasportlaşması məsələsi
başlanılacaq”.
Özəl televiziyaları da tənqid edən Assosiasiya prezidenti onu da bildirib ki, “Mədəniyyət haqqında” Qanunun qəbulundan sonra mətbəx verilişləri hazırlayan televiziyalar müvafiq icra hakimiyyətindən icazə almalı olacaqlar.
“Xəzər, ATV, ANS telekanalında efirə çıxan aşpazlar heç
bişirdikləri yeməyin adını düz bilmirlər. Bir də görürsən ki,
“blinçik” hazırlayırlar. Onun Azərbaycan dilində tərcüməsi
fəsəlidir.
Özlərinə aşpaz deyənlər, efirə buraxılanlar heç bişirdiklərinin adını bilmirlər. Çünki televiziyalara çıxan aşpazların heç biri aşpaz deyil. Biri çıxarıb sertifikatını göstərirmi? Yox”.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ