
Paytaxtda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Publika.az-a verilən məlumata görə, DİN Çevik Polis Alayı Binəqədi RPİ 5-ci PB, Nərimanov RPİ 17-ci PB Post Patrul Xidməti Bölüyü, Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 38 nəfər müəyyən olunaraq saxlanılıb. Saxlanılanların 21 nəfəri azyaşlı, 6 nəfəri kişi və 11 nəfəri qadındır.
İdarədən bildirilib ki, saxlanılanların barələrində müvafiq tədbir görülüb.
Gülnar