• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Heydər Əliyev prospekti bağlanır

Heydər Əliyev prospekti bağlanır

Bu gün Heydər Əliyev prospektinin köməkçi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, prospektin Böyük Şor qovşağından “Bazarstore” qovşağına qədər olan hissəsində axşam saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Məqsəd həmin köməkçi tunelin rənglənməsi, eyni zamanda yolun hərəkət hissəsində üfüqi nişanlanması işləri aparılmasıdır. P. Mürsəliyev həmçinin qeyd edib ki, səhər saatlarına qədər işlərin tamam yekunlaşması gözlənilir.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR