Bakıda törədilən qətlin təfərrüatı məlum oldu
Bizi izləyin

Qırmızı.az

Bakıda törədilən qətlin təfərrüatı məlum oldu

Paytaxtın Nərimanov rayon hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsini törədən şəxs müəyyən edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu məlumat yayıb.

Fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Əliyev Bəxtiyar Mayıl oğlunun bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini, Məlikov Nicat Əliheydar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. N.Məlkov həyata keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı mərhuma məxsus mobil telefon, kompüter və digər əşyaları istintaq orqanına təqdim edib və həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm