SOS: “Azərbaycanda hər il ailə quranların 11 faizi boşanır”
Bizi izləyin

Qırmızı.az

SOS: “Azərbaycanda hər il ailə quranların 11 faizi boşanır”

“Azərbaycanda hər il 85-90 min cütlük nikaha girir. Ancaq çox təəssüf ki, onların 11 faizi sonradan boşanır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, boşanmaların vizual təhlili də onu göstərir ki, əsas səbəbi sosial-psixoloji anlaşılmazlıqdır. H.Rəcəbli deyib ki, boşanan gənc ailələrin əksəriyyəti bir-biri ilə yola getmədiyi üçün bu cür addım atırlar: “Bu gün ən böyük bəla odur ki, nikaha girənlərin psixoloji hazırlanması yoxdur. Dünyada belə bir təcrübə var və düşünürəm ki, Azərbaycanda da bir ay müddətində həftədə bir neçə gün ailə həyatı quracaq cütlüklərə sosial-psixoloji yardım təşkil olunmalıdır. Bu yardım zamanı həmin cütlüklərə ailə haqqında, ailə həyatı quran şəxslərin bir-birini necə başa düşməsi və sairə barədə məlumat verilir. Bizim təhlil də göstərir ki, boşanmalar heç də sosial problemlərə üzündən olmur. Burada əsas səbəb oğlan və qızın bir-birini başa düşə və güzəştə gedə bilməməsidir. Təxminən bu cür hallar ailə həyatı qurandan 6 ay və ya bir il sonra baş verir.

Bu cür hallara görə boşanmaların qarşısını almaq üçün hər iki tərəfdən valideynlərin müdaxiləsi mütləq lazımdır. Bu prosesə nəslin ağsaqqalları, bələdiyyələr və QHT nümayəndələri də qoşula bilərlər. İnanın ki, bir-birini anlamamaq üzündən boşanan həmin gənclər sonradan bunun yaratdığı problemlərin əziyyətini çəkir və atdıqları addımlardan peşman olurlar. Hər iki tərəfdə problemlər yaşanır, qız başsız qalır və sairə. Bütün bunlar isə gələcəkdə onlar üçün ciddi problemlərə səbəb olur. Bu gün hər birimizin də əsas məqsədimiz o olmalıdır ki, Azərbaycanda boşanmaların sayı minimuma endirilsin. Ümumiyyətlə, dünya yaranandan bəri boşanma bir halda normal qəbul oluna bilər. Bu da xəyanətdir. Amma bu gün gəlin görün ki, Azərbaycanda boşanmalara səbəb budurmu? Əlbəttə ki, xeyr, bu deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm