Qırmızı.az
Bu marketlərdə alıcıları aldadıblar
İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Publika.az-ın məlumatına görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus "Ballı" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı
ilə yanaşı, ölkə regionlarında da davam etdirir.
Dövlət Xidməti tərəfindən Qəbələ rayonu, Zarağan kəndində
Tacəddin Həmidova məxsus "Yeni" marketdə aparılan yoxlama zamanı
malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa
aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin
olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların
qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər
görülüb.
Gülxar
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?