Heydər Əsədov 9 nəfəri işdən qovdu
Bizi izləyin

Qırmızı.az

Heydər Əsədov 9 nəfəri işdən qovdu

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisini işlərində yol verdikləri nöqsanlara görə vəzifəsindən azad edib.

Publik.az nazirliyin rəsmi internet səhifəsinə istinadən məlumat verir ki, nazir qərarını “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsində elan edib.

Müşavirədə nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq fliallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb.

Nazir Heydər Əsədov qeyd olunan nöqsan və çatışmazlıqların qısa müddətfdə aradan qaldırılması və “Aqrolizinq” ASC-nin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb.

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub, müavin Aydın Əzizova töhmət verilib, Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm