Qırmızı.az
Erməni Türkiyənin Fransadakı səfirinə hücum etdi
Ermənilər harada və hansı şəraitdə yaşamalarından asılı
olmayaraq, hələ beşikdə ikən onlara düşmən obrazı kimi təlqin
edilən türklərə nifrət hissini gizlətmirlər.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 2-də
Türkiyənin Fransadakı səfiri Hakkı Akılın Parisin Dekart
Universitetinin tələbələri ilə görüşündə qondarma “erməni
soyqırımı” məsələsindən bəhs edərkən, auditoriyadakı gənclərdən
biri səfirin çıxışında səsləndirdiyi fikirlərə etiraz əlaməti
olaraq, gözlənilmədən səfirin üzərinə nar şirəsi tullayıb.
Təhlükəsizlik əməkdaşları tərəfindən tutularaq polisə təhvil
verilən gəncin şəxsiyyəti aydınlaşdırılıb. Fransada yaşayan erməni
mənşəli Tad adlı gəncin bu ölkədə fəaliyyət göstərən Daşnakstyun
partiyasının nəzdindəki “Nor Seround” gənclər təşkilatının üzvü
olduğu bəlli olub.
Polis tərəfindən saxlanılan gənc erməni Nanter məhkəməsinin qərarı
ilə 48 saatdan sonra azadlığa buraxılıb. Səfirin müraciətindən
sonra onun yenidən məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Türklərə və azərbaycanlılara qarşı həmişə düşmənçilik
münasibətlərini gizlətməyən Daşnakstyun partiyası bu xoşagəlməz
məsələni az qala qəhrəmanlıq səviyyəsinə qaldırmağa çalışır.
Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan
“Ermənistan xəbərləri” jurnalının martın 5-də dərc olunan “Türkiyə
səfirliyi. Nor Seround işi: Fransa Ermənilərinin Məsələsi Partiyası
həmrəylik nümayiş etdirir” sərlövhəli məqalədə Daşnakstyun
partiyası erməni gəncin insanlığa yaraşmayan bu hərəkətini təqdir
edir. Hətta bir qədər irəli gedərək gəncə haqq qazandırır. Guya
gəncin ulu babalarının və nənələrinin türklər tərəfindən “qətlə”
yetirilməsi kimi heç bir həqiqətə uyğun gəlməyən cəfəng fikir
ortalığa atır, məhkəmə kürsüsündə gəncin deyil, “ermənilərə qarşı
soyqırımı törədən” türklərin əyləşməsi kimi, gülünc fikri irəli
sürməkdən çəkinməyiblər.
Bir növ çağırış kimi səslənən məqalədə Daşnakstyun partiyası bu
çətin vaxtlarda gənc erməni fəalının, onun ailəsinin təşkilat və
bütün erməni xalqı tərəfindən dəstəkləndiyini bəyan edib.
Xatırladaq ki, “Nor Seround” gənlər təşkilatının üzvləri ölkəmizlə
bağlı Parisdə keçirilən tədbirləri dəfələrlə pozmağa cəhd
göstəriblər və hər dəfə də onların bu cəhdlərinin qarşısı
alınıb.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”