Bakının mərkəzində yanğın: 30 nəfər təxliyyə olundu
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində yanğın: 30 nəfər təxliyyə olundu

Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində sahəsi 48 kv.m olan iki ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub.

Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm