• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd ediləcək

Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd ediləcək

Fevralın 24-də Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam olur.

Publika.Az-ın verdiyi xəbərə görə, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev sərancam imzalayıb.

Pespublika Prezidentinin 21 yanvar 2014-cü il tarixli sərancamına uyğun olaraq 24 fevral 2014-cü ildə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə böyük maarifçi-ədbi Əli bəy Hüseynzadənin 150 illik yubileyini onun doğulduğu Salyan rayonunda təntənəli bir şəkildə qeyd edəcək.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR