Paytaxtın əsas prospektlərindən birində yol bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Paytaxtın əsas prospektlərindən birində yol bağlanacaq

Bakının Ziya Bünyadov prospektində yol birtərəfli qaydada bağlanacaq

Bakının Ziya Bünyadov prospektində yol birtərəfli qaydada bağlanacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, fevralın 18-dən 19-na keçən gecə, saat 00:00-dan etibarən Ziya Bünyadov prospektində su xəttinin köçürülməsi işləri əlaqədar prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək yol bir istiqamətdə bağlanacaq.

P.Mürsəliyev qeyd edib ki, Böyük Şor yol qovşağından 20 Yanvar dairəsi istiqamətində yol birtərəfli qaydada 3 gün bağlı qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm