Zaqatalada əxlaqsızlıq edən qadının dəhşətli qətli –TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Zaqatalada əxlaqsızlıq edən qadının dəhşətli qətli –TƏFƏRRÜAT

Zaqatala rayon sakini, 1968-ci il təvəllüdlü Eldar Osmanov Elmira Abdullayevanı döyərək öldürüb.

Publika.az xəbər verir ki, Eldar Osmanov Elmira Abdullayevayla təxminən 2013-cü ilin fevral ayından onun Zaqatala rayonunun Kebeloba kəndində yerləşən evində, son zamanlar isə həmin evin yaxınlığında yerləşən fındıq bağındakı yarıtikilidə mütəmadi olaraq görüşüb.

Onlar görüş zamanı əvvəlcə spirtli içki qəbul ediblər və daha sonra isə intim əlaqədə olublar. Ötən il fevralın 11-də saat 21:00 radələrində fındıq bağındakı yаrıtikilidə görüşdükdə o, Elmira Abdullayevanın sərxoş olduğunu görüb və qadından gündüz harada olduğunu soruşub. Elmira Abdullаyevа isə cavabında ona bu sualı verməyə haqqı olmadığını bildirib.

Qısqanclıq

Eldar Osmanov Elmiranın cavabından bərk əsəbiləşib və onun başqa kişilərlə görüşdüyü qənaətinə gəlib. Eldar sərxoş vəziyyətdə aralarında baş vermiş mübahisə zamanı Elmira Abdullayevanın qarın nahiyəsinə təpiklə vurub. Daha sonra qadını yerə yıxan Eldar Osmanov onun bədəninin müxtəlif nahiyələrinə təpiklə çoxsaylı zərbələr vurub.

Xəstəxanaya yerləşdirilən Elmira Abdullayevaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin ilin martın 16-da Elmira Abdullayeva xəstəxanada ölüb.

Eldar Osmanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Mütəmadi olaraq öz razılığı ilə cinsi əlaqədə olmuşam"

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Eldar Osmanov elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Elmira Abdullayeva ilə 2013-ci ilin fevral-mart aylarında Zaqatala şəhər bazarında tanış olub:

"Onunla mütəmadi olaraq öz razılığı ilə cinsi əlaqədə olmuşam. İmkanım olduqca Elmira Abdullayevanın evinə bazarlıq etmişəm. Fevralın 11-də günorta saatlarında Elmira Abdullayevanı аxtаrdım, amma tаpа bilmədim. Axşаm həmişə görüşdüyümüz fındıq bаğındаkı yаrıtikilidə onu döyülmüş, üstü-bаşı qаn içində tаpdım. Onu evlərinin yаnınа gətirib, orаdаn uzаqlаşıb getdim. Sonrаdаn Elmira Abdullаyevаnın sаğаlmаsı üçün mаddi köməklik göstərmişəm".

Qətli etiraf edən ifadə

Eldar Osmanovun özünü müdafiə xarakterli ifadəsindən sonra hakimlər onun ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə müzakirə ediblər. O, istintaqa verdiyi ifadəsində bildirib ki, fevralın 11-də günorta saatlarında Elmira Abdullayevanı аxtаrıb:

"Amma onu tapa bilmədim. Sonra 0,5 litrlik araq almışam və Elmira ilə tez-tez onun yaşadığı evin yaxınlığında yerləşən fındıq bağında görüşdüyümüz yerə getdim. Hər ikimiz araq şüşəsini yarıya qədər içmişik. Elmiranın içkili olduğunu görərək hаrаdа içməsini soruşdum. Elmira mənimlə kobud danışaraq, "sənə nə var" dedi. Elmiranın mənimlə bu formada danışmasından əsəbiləşdim. Bu səbəbdən əl və təpiklə onu vurdum. Onu nə qədər vursam da, harada olduğunu demədi. Elmiranın başına, qarnına, ayağına və müxtəlif nahiyələrinə vurdum. Elmiranı vuran zaman yalnız özünü müdafiə edib, mənə heç bir müqavimət göstərməyib. Elmira yerə yıxıldıqdan sonra onu döyməyi dayandırdım. Elmira üşüdüyünə görə öz dəri gödəkçəmi ona geyindirdim və ayağa qaldıraraq evinə apardım. Səhəri gün qohumu Sevda zəng edərək Elmiranın xəstəxanada olduğunu və təcili cərrahi əməliyyat ediləcəyini deyib. Mən xəstəxanaya gedərək Elmiranın həkimi ilə görüşdüm. Əlixanov soyadlı həkim Elmiranın təcili əməliyyat edilməli olduğunu deyib. Həmin vaxt qan lazım olduğuna görə donor qan tapmışam".

"Onu öldürmək məqsədim olmayıb"

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 13-də onu polis şöbəsinə gətiriblər: "Elmira ona baxacağımı bildiyi üçün məndən şikayət etməyib və meşədə odun yığanda yıxıldığını deyib. Ona görə də polis məni azad etdi. Bundan sonra yenə xəstəxanaya gedərək Elmiranın ehtiyacları ilə maraqlandım, ona lazım olan dərmanları aldım. Elmiranı təxminən 10 gündən sonra Bakı şəhərindəki xəstəxanaların birinə gətirdim. Orada da Elmiraya lazım olan dərmanları aldım və onun qayğısına qaldım. Bunа bаxmаyаrаq, Elmira öz evində ölüb. Onu öldürmək məqsədim olmayıb".

"Anamdan narahat deyildik"

Elmiranın qızı Minəxanım Abdullayeva bildirib ki, Eldar anası ilə qeyri-rəsmi yaşayıb: "Fevralın 11-də bacım Röya ilə birlikdə Zaqatala rayonu Axaxdərə kəndinə xalam Ruqiyyəgilə getmişdik. Həmin gün saat 18:30-da evə gəldik. O biri bacım Könül evdə olub. Könüldən anamı soruşdum. Bacım anamın Eldarın yanına getdiyini dedi. Anam axşamlar Eldarla görüşdüyünə görə narahat olmamışıq. Gecə saat 3 radələrində bacım Röya məni oyatdı ki, çöldən anamızın qışqırıq səsi gəlir. Çöldən Eldarın "sakit dur, sakit dur" dediyini eşitdik. Lakin çölə çıxdıqda Eldarı görmədik. Çölə çıxanda anamın dodağından qan axırdı, üstü-başı qanlı idi, ayaq üstə dura bilmirdi, hasardan tuta-tuta gəlirdi. Anаmın pаltаrını dəyişəndə belində sıyrıq izləri, bədəninin hər yerində göy ləkələr gördük".

Minəxanım Abdullayeva deyib ki, anasının istəyi ilə Eldar Osmanovdan şikayətçi olublar.

Məhkəmənin hökmü ilə Eldar Osmanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm