Bu yollardan keçməyin
Bizi izləyin

Qırmızı.az

Bu yollardan keçməyin

Bakıda həftənin ilk iş günü tıxaclarla başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Moskva prospektindən Nəqliyyat Nazirliyi istiqamətində, Binəqədi şosesindən şəhər istiqamətində, C. Cabbarlı küçəsi “Caspian Plaza”nın qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

28 May küçəsində - S. Vurğun parkının qarşısında, Azadlıq prospektindən “28 May” metrosu istiqamətində, Ş.İ.Xətai prospekti Təhsil Nazirliyinin qarşısında tıxac var.

Y. Səfərov və Ü. Hacıbəyov küçələrində nisbətən sıxlıq müşahidə olunur.

NİİM-dən verilən məlumata görə hazırda D. Əliyeva küçəsi təmirlə əlaqədar bağlıdır və təmirin nə vaxt yekunlaşacağı isə bilinmir.

Mərkəz sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm