Qırmızı.az
Polisdən əməliyyat: 8 kiloqramdan artıq narkotik tutuldu
Bakı polisi narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə növbəti uğurlu əməliyyat keçirib.
Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının martın 9-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvələr məhkum olunmuş Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılmış, umumi çəkisi 7,37 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin “VAZ 21 07” markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq umumi çəkisi 8 kiloqram 10 qram olan qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı toplanmış materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilib, araşdırmalar davam etdirilir.
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi