Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Sabah Azərbaycanda havanın temperaturu yüksələcək.

Azərbaycanda sabah havanın temperaturu bəzi yerlərdə 20 dərəcəyədək yüksəlsə də, martın 12-də temperatur nisbətən enəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 11-12-də Abşeron yarımadasında atmosfer təzyiqinin zəif və mülayim təəddüdü meteohəsas insanlasr üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 11-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm