Bu saytların adı “qara siyahı”ya salına bilər
Bizi izləyin

Qırmızı.az

Bu saytların adı “qara siyahı”ya salına bilər

Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. İclasda 5 KİV-in adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün təqdimat hazırlanıb.

Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, komissiyanın sədri Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-si Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib.

Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın «qara siyahı»sına daxil edilməsinə əsaslar verir. Bunlar «Yüksələn Azərbaycan» «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytlarıdır. «Yüksələn Azərbaycan»nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları «qara siyahı»da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb. Saytlara gəldikdə, vurğulanıb ki, İstər «Jam.az», istərsə də «iskra.az» əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir.

Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır.

Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir. Komissiya «Maqnat.tv» saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. «Azerinfo.az» saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib. İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib.

Bu məsələlər barədə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm