FHN-dən Novruz xəbərdarlığı
Bizi izləyin

Qırmızı.az

FHN-dən Novruz xəbərdarlığı

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi barədə xəbərdarlıq edib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilməyimiz vacibdir:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

“Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!”

“Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”

Təhlükə zamanı 112-yə zəng edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm