• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tərtərdə heç kimin yaşamadığı qəsəbə - FOTOLAR

Tərtərdə heç kimin yaşamadığı qəsəbə - FOTOLAR

Tərtər rayonunun Şıxarx yaşayış məskəni artıq neçə illərdir insan yaşamayan kimsəsiz qəsəbəyə çevrilib.

Publika.az xəbər verir ki, 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürülüb. Onlar məskunlaşdıqları ərazini Marağa adlandırıblar.

Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen olub. 1954-cü ildə kənd Sovet Sosialist Respublikaları İttifaqının qurucusu və rəhbəri Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilib. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar abidə ucaldılıb. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü daşla örtülüb.

1992-ci ildə kəndə ərazidəki Şıxarxının adı verilib. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır. Şıxarx qəsəbəsi hal-hazırda Silahlı Qüvvələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Şıxarx qəsəbəsində heç kim yaşamır.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR