Bakının böyük prospektlərindən biri bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakının böyük prospektlərindən biri bağlanır

Ziya Bünyadov prospekti birtərəfli bağlanır

Bu gün Bakıda saat 23:00-dan etibarən Ziya Bünyadov prospektinin yenidən qurulması çərçivəsində ərazi su xəttinin yerdəyişməsi ilə əlaqədar Əliyar Əliyev küçəsinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinin kəsişməsinə qədər yol bağlanacaq.

Bununla əlaqədar Nəqliyyat Nazirliyinin "Azeryolservis" ASC sürücülərə müraciət edib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev İnterAz-a bildirib ki, qeyd olunan hissədə yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlanacaq.

"Sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən "20 Yanvar" metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq. Odur ki, sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə P.Mürsəliyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm