Prezident İlham Əliyev sərəncam imzaladı
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006,№ 9, maddə 743; 2014,№ 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilib

Bundan başqa YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilib:

Komissiyanın sədri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Xarici İşlər naziri

Komissiya sədrinin müavinləri

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının Təhsil naziri,

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri,

Əli Abbasov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri,

Komissiyanın üzvləri

Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri,

Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri,

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri,

Elmira Süleymanova - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri,

Azad Rəhimov - Azərbaycan Respublikasının Gənclər və İdman naziri,

Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,

Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru,

Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,

Samir Nuriyev - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi,

Zərifə Salahova - Azərbaycan Kitab Cəmiyyətinin sədri”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm