“Gənclik” metrosunda ölüm - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Gənclik” metrosunda ölüm - FOTO (YENİLƏNİB)

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Publika.az-a bildirib ki, bu gün saat 8:03-də 1951-ci il təvəllüdlü Bağırov Sabir Balamirzə oğlu metorunun “Gənclik” stansiyasının üst vestibülündə olarkən əhvalı pisləşib.

Metronun əməkdaşları dərhal təcili yardım çağırsalar da, həkim briqadası çatanadək xəstə dünyasını dəyişib. Sabir Bağırovun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

Publika.az anspress-ə istinadən xəbər verir ki, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss edib.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm