Rayon qeydiyyatı olanlar harda pulsuz müayinə edilə bilər?
Bizi izləyin

Qırmızı.az

Rayon qeydiyyatı olanlar harda pulsuz müayinə edilə bilər?

“May ayının birinə qədər hər bir vətəndaş yaşadığı ərazi üzrə ən yaxın poliklinikaya şəxsiyyət vəsiqəsilə müraciət edib, müayinə oluna bilər. Müraciət edənlər əvvəlcə terapevtə, daha sonra dar yönümlü mütəxəssislər, tevropotoloq, cərrah, lor, stamotoloq, göz həkiminə müraciət edir”.

Bu sözləri Publika.Az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib. Onun sözlərinə görə, insanlar yaşadıqları ünvana yaxın müəssisəyə müraciət etməlidirlər. Çünki insanların səhhəti barədə məlumatlar onların qeydiyyatda olduğu müəssisələrdə toplanır. R.Nağıyevin sözlərinə görə, sağlamlığında problem olmayanlar siyahıya salınır, problem aşkarlanarsa, dispanser qeydiyyata götürülür və müalicəsini aparırlar:

“Müalicə ambulator şəraitdə mümkün deyilsə, davamlı müalicə getmək üçün xəstəxana və klinikalara göndəriş verilir. Vətəndaşların həkim və tibb müəssisəsi seçmək hüququ var. O istədiyi həkimin müayinəsindən imtina edə bilər”.

Rayonda qeydiyyatı olan, təhsil almaq, işləmək və müxtəlif səbəblərdən paytaxtda yaşayanlar müayinə üçün hara müraciət etməlidirlər?

R.Nağıyev bu məsələdə qanunun tələblərinə riayət etməli olduqlarını dedi:

“Qanuna əsasən, vətəndaş yaşadığı yerdə qeydiyyatda olmalıdır. Vətəndaş qeydiyyatı olduğu yerdə müayinə olunmalıdır. Amma bu o demək deyil ki, müraciət edilsə, onlar müayinə edilməyəcək. Müraciət edənlər qeydiyyata götürülüb, müayinə ediləcək. Ancaq qeydiyyatda olduğu yerdə xəstəliyi haqqında məlumat olmadığına görə, müalicəyə cəlb edilə bilmir”.

R.Nağıyev onu da vurğuladı ki, vətəndaşların bu xidmətlərə cəlb edilməsi istər səhiyyə, istərsə də vətəndaşların sağlamlığı baxımdan bir çox üstünlükləri var:

“Əvvəlki illərdə də bu müayinə tətbiq ediləndən sonra poliklinikalara müraciət edənlərin sayı artdı. Xəstəlikləri aşkar edib, müalicə etdik, vətəndaşların xəbərsiz olduğu bir çox ağır xəstəliklər vaxtında aşkar olunaraq müalicə edildi. Bu həm də xəstəliklərlə bağlı statistikanın öyrənilməsinə də müsbət təsir edir”.

Xatırladaq ki, fevralın 17-dən ölkə üzrə əhalinin icbari dispanserizasiyasına start verilib. Müayinələr mayın 1-dək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm