• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Doğulacaq qız uşaqlarına görə pul veriləcəkmi?

Doğulacaq qız uşaqlarına görə pul veriləcəkmi?

“Azərbaycanda ailələrdə ikinci və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bu, kökündən düzgün deyil. Dünyada belə bir praktika yoxdur”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Hadı Rəcəbli Trend-ə müsahibəsində deyib.

Millət vəkili bu məsələdə Rusiya modelinə istinad edilməsinə münasibət bildirib:

“Axı Rusiya demoqrafik uçurumun kandarında idi. Hər il ölkə əhalisinin sayı 1 milyon nəfərə yaxın azalırdı. Onlar hələ 2 il öncə balans yarada biləndə, buna sevinirdilər. Azərbaycanda isə belə bir problem yoxdur. Ölkədə hər il orta hesabla 130-150 min nəfərlik təbii artım var. Ona görə də bu, kökündən yanlış məsələdir. Belə şey etmək olmaz. Dövlətimizin qanunu var ki, selektiv abort etmək qadağandır. Yəni uşaqları cinsinə görə seçib abort etmək olmaz. Lakin bu qanunu yerlərdə pozurlar.

Digər tərəfdən, Allahın bizim üçün qoyduğu qaydalar var. Yəni toxunmasalar, dünyaya 51 faiz oğlan uşağı, 49 faiz qız uşağı gələcək. Təxminən 18 yaşına çatanda bu balans düzəlir. Çünki, qəribə də olsa, qız uşaqları dözümlü olduğundan qalır, oğlan uşaqları isə zəif olduğundan daha çox ölür. Daha sonra müxtəlif səbəblərdən oğlanların sayı getdikcə azalır, qızların sayı isə çoxalır. Hazırda 70 yaşlarında insanların 40 faizi kişi, 60 faizi qadındır. Ona görə də təbii qanunlara müdaxilə etmək olmaz.

Vaxtilə Çində bu işə müdaxilə etdilər. Orada dedilər ki, şəhərdə yaşayanların 1 uşağı olsun və ultrasəs müayinəsini (USM) də qadağan etdilər ki, heç kim uşağın cinsiyyətini müəyyən edə bilməsin. Lakin kimin imkanı varsa, gedib xaricdə USM-də baxdırdı, oğlanı saxladı, qızı öldürdü. Bir də ayıldılar ki, Çində dünyaya gələn uşaqların 62 faizi oğlan, 38 faizi qızdır. Deməli, bir az sonra 1 qadının 2 əri olmalı idi. Deməli, Allahın qoyduğu balansı pozmaq olmaz”,- deyə komitə sədri bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR