FHN-in Akademiyasının kursantlarından yüksək nəticələr
Bizi izləyin

Qırmızı.az

FHN-in Akademiyasının kursantlarından yüksək nəticələr

Martın 10-da “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə ediblər.

İdmanın cüdo növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Ülvi Sadıqzadə 81 kq çəki dərəcəsində çempion olub, Emil Hüseynli isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm