Şirkət rəhbərinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Şirkət rəhbərinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNİB)

Baş Prokurorluq Yasamal rayonu ərazisində odlu silahla törədilən ölüm hadisəsinə aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün səhər 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun icarəyə götürdüyü ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

***

Paytaxtda kişi meyiti aşkar edilib.

Bu haqda Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat verilib.

Məlumata görə, hadisə İnşaatçılar prospekti, 22/26 ünvanında qeydə alınıb. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, F.Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib.

İntihar şirkətin ofisində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm