Nazirlik bp ilə bağlı araşdırmaya başladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik bp ilə bağlı araşdırmaya başladı

Xəzər dənizindəki BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə heç bir məlumat daxil olmayıb. Nazirlik öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında, məsələnin yerində araşdırılması məqsədilə təcili olaraq əraziyə ekspedesiya təşkil edib, araşdırma tədbirlərinə başlanılıb.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ETSN belə halların baş verə biləcəyini nəzərə alaraq hələ 2002-2003-ci illərdən BP-yə və Azərbaycanda qazma işləri aparan təşkilatlara kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir. Buna görə də əvvəlcədən ehtimal etmək olar ki, məhlulun dənizə axması ciddi ekoloji fəsadlara səbəb olmamalıdır.

"Qısa zamanda araşdırmaların nəticələri məlum olacaq və əgər sözügedən ərazidə ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanunamüvafiq tədbirlər görüləcək. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm