Çavuş əsgəri qəsdən güllələyib - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Çavuş əsgəri qəsdən güllələyib - RƏSMİ AÇIQLAMA

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun ölümü ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, Hərbi Prokurorluğun yaydığı məlumata görə, əsgərin avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı 7 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürüldüyü müəyyən edilib.

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm