Gəncə İH hesabat verdi
Bizi izləyin

Qırmızı.az

Gəncə İH hesabat verdi

Gəncə İH hesabat verdi

Fevralın 18-də Gəncə şəhər İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Aparatının məsul işçisi Əlibaba Əmirov, icra strukturunun rəhbərləri, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2013-cü ilin yekunları geniş müzakirə edilib və 2014-cü ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Öncə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.

2013-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası çərçivəsində Gəncə şəhərində böyük nəticələr əldə edilib.

Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin olub. Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri, ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevin doğma xalqının inam və qətiyyəti ilə 9 oktyabr Prezident seçkilərində qələbəsi öz möhtəşəmliyi ilə yadda qalıb/

2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə səfəri, səfər çərçivəsində bir sıra mühüm tikililərin açılış və təməlqoyma mərasimlərində iştirakı, şəhərdə görülən genişmiqyaslı işlərə yüksək qiymət verməsi, ölkə başçısının Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sosial-iqtisadi və sosial-mədəni sahəsində səmərəli xidmətləri olan bir qrup şəxsi təltif etməsi və fəxri adlar verməsi ilə bağlı son sərəncamları bütün gəncəlilərin sevincinə səbəb olmaqla, onları daha yaxşı işlər görməyə ruhlandırıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, 2016-cı ilədək Avropanın Gənclər Paytaxtında 1000-dək layihə həyata keçiriləcək.

Çıxış edənlər-Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Azərbaycan Texnologiya Universitetinin prorektoru Məntiq Cəfərov, AMEA Gəncə Bölməsinin direktoru, akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov və başqaları gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işlərilə doğruldacaqlarını bəyan ediblər.

Prezident Aparatının məsul işçisi Əlibaba Əmirov ölkəmizdə son 10 il ərzində əldə olunan görkəmli nailiyyətlərdən, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi sahəsində Gəncənin də böyük intibah dövrü yaşamasından, irəlidə hələ çox zəfərlər əldə olunacağından danışıb.

Tədbirdə iclasın qərar layihəsi oxunub və Prezident cənab İlham Əliyevə müraciət qəbul olunub.

Sonda Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup Gəncə ziyalısına mükafatlar təqdim olunub.

“Yeni Gəncə” qəzeti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm