Şad xəbər – daha çox pensiya ala biləcəyik
Bizi izləyin

Qırmızı.az

Şad xəbər – daha çox pensiya ala biləcəyik

“Könüllü pensiya təminatının dövlət pensiya fondlarından əsas fərqi ondan ibarətdir ki, burada mövcud sistem saxlanılır. Sadəcə, müəyyən element və komponentlər əlavə olunur”.

Publika.az-ın məlumatına görə, bu sözləri DSMF ilə Avropa İttifaqının birgə layihəsi olan könüllü pensiya sistemi üzrə tərəfdaş ölkə olan almaniyalı ekspert Heis-Ditrix Şteinmeyer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu həm Azərbaycan dövləti, həm də vətəndaşları üçün faydalı sistem olacaq.

“Bu yenilik mövcud sistemin kökündən dəyişdirilməsi kimi qəbul edilməməlidir. Könüllü pensiya sistemi mövcud sistemi təkmilləşdirəcək və ona bəzi əlavələr ediləcək”.

Bu sistemin üstünlüyünə toxunan almaniyalı ekspert bildirib ki, insanlar pensiya kimi böyük məbləğ əldə edəcəklər.

“Əlbəttə, həm vətəndaşlar, həm də işəgötürənlər tərəfindən sığorta haqlarının yığılması təmin edilməlidir. Son nəticə olaraq insanlar daha çox pensiya ala biləcəklər”

Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihə üzərində işlər aparılır. Könüllü pensiya sistemi barədə qanunvericilik bazası yaradılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm