Bakıda bina yandı, 33 nəfər təxliyyə olundu, 2 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Bakıda bina yandı, 33 nəfər təxliyyə olundu, 2 nəfər xəsarət aldı

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda yaşayış binasının yanması ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) qamışdan ibarət çoxmənzilli ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb.

Yanğın zamanı binadan 33 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və xəsarət alan 2 nəfər aidiyyəti üzrə təhvil verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm