• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçiriləcək

Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçiriləcək

Sabah Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən 100-ə yaxın tələbə və gəncin iştirakı ilə “Mədəni irs” Gənclər Festivalı keçiriləcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, festivalın keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Festival zamanı yerli və xarici qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olacaqlar. Gənc aktyor və tələbələr baharın 4 ünsürünü- su, od, külək və torpaq çərşənbəsini rəqslərlə canlandıracaqlar. Eyni zamanda qonaqlar, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaq, milli mətbəximizin təamlarından dadacaqlar. Bununla yanaşı pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini nümayiş etdirəcək, muğam və milli musiqilər səsləndiriləcək.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icra edilməsidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR