Daha bir azərbaycanlı ailə Suriyaya getdi
Bizi izləyin

Qırmızı.az

Daha bir azərbaycanlı ailə Suriyaya getdi

Daha bir azərbaycanlı ailə Suriyaya gedib.

ANS PRESS-in məlumatına görə, Qax rayonunda yaşayan ailə başçısı Suriyada döyüşlərdə iştirak etmək üçün ölkəni tərk edib.

Rayon sakinlərinin verdikləri məlumata görə, Ləkit kənd sakini, Abdulhəmid Əliyev həyat yoldaşı Rüxsarə Əliyevanı və 4 övladını da özü ilə birgə aparıb.

Məlumatda bildirilir ki, onların övladlarını 13, 7, 2 və 1 yaşları var. Uşaqların üçü oğlandır.

Məsələ ilə bağlı sayt Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, ailə artıq bir neçə aydır ki, ölkəni tərk edib. Onların Suriyaya getdiyini təsdiqləyən şöbə əməkdaşları, hələlik ailədən heç bir xəbər olmadığını vurğulayıblar.

O da əlavə edilib ki, ailənin Suriyaya hansı məqsədlə getdikləri məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm