Fransa səfiri 4 azərbaycanlını ali ordenlə təltif etdi – SİYAHI
Bizi izləyin

Qırmızı.az

Fransa səfiri 4 azərbaycanlını ali ordenlə təltif etdi – SİYAHI

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanda təhsil sahəsində çalışan 4 nəfəri “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, bu ordenin təltifi ilə Fransa hökuməti onların Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir.

Təltif olunan şəxslər aşağıdakı şəxslərdir:

Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının direktoru Əli Allahverdiyev, Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova (Allahverdiyeva), 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, Şəkinin Kiş kəndinin 1 nömrəli orta məktəbinin fransız dili müəllimi Qüdrət Muradov.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm