• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanda 2 yaşlı dializ xəstələri də var

Azərbaycanda 2 yaşlı dializ xəstələri də var

“Bu gün Azərbaycanda müalicə alan dializ xəstələrinin yaş həddi 9-78 yaş arasındadır. Lakin bizim 2 və 85 yaşlı xəstəmiz də olub”.

Publika.az xəbər verir ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Ümumdünya Böyrək Günü” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə 2635 xəstə tam olaraq dövlət hesabına hemodializ müalicəsinə cəlb olunub. Bu xəstələrə 33 hemodializ mərkəzində 486 aparat xidmət göstərilir.

“Hər bir milyon nəfərə 201 hemodializ xəstəsi düşür. Gəncə, Şəmkir, Mingəçevir, Bərdə zonasında bu xəstələrin sayı daha çoxdur. Həmin bölgələrdə bir milyon xəstəyə təxminən 253 xəstə düşür. Bu da həmin regionlarda xəstələrin sayının çox olması deyil, əhali kütləsinin çox olmasını göstərir. Təkcə 2014-cü ildə 352450 hemodializ seansı aparılıb, 155037-i Bakıdakı,197349-i bölgələrdəki hemodializ mərkəzində aparılıb. Bu gün ölkədə 135 dializ həkimi, 382 tibb bacısı çalışır. Statistik və metodik tövsiyələrə görə, bu rəqəm tam qane etməsə də, həkimlərimiz fədakarlıqla bu işin öhdəsindən gəlirlər. Ötən il 882 yeni xəstə homidializə cəlb olunub”.

Böyrək çatışmazlığının ömür uzunluğuna təsir etməsinə toxunan F.Babayev xəstələr arasında yaşama müddətinin 5 illik fasilələrlə hesablandığını bildirib:

“Azərbaycanda 5 illik yaşama həddi 51%-dir. Təəssüflər olsun ki, hər bir xəstəliyin sonunda ölüm halı baş verir. Eləcə də hemodializ xəstələri də bir neçə il sonra digər orqanlarda yaranan problem nəticəsində ölürlər. 2014-cü ildə 492 nəfər hemodializ xəstəsi ölüb. Onların 207-si Bakı, 285 nəfəri bölgələrdə olub. Respublika üzrə ölüm faizi 20,1%-dir. Bu rəqəm müxtəlif ölkələrdə dəyişir. Dünya ölkələrində bu rəqəm 19,1- 28% arasındadır”.

Xəstələrin hemodializə qoşulmasının birinci şərtinin onların damar yolunun açılması olduğunu deyən şöbə müdiri bu gün Azərbaycanda xəstələrin 88,2%-nin arterio-venoz fistula vasitəsilə hemodializ müalicəsi qəbul etdiklərini bildirib.

“Bu gün 3 xəstəmizdə isə damar protezindən istifadə etməklə hemodializə cəlb edilir. Gözdən qüsurlu olanlar və mərkəzlərə gətirilməsində problem olan xəstələrə alternativ müalicə kimi periton dializi müalicəsi tətbiq edilir. 2014-cu il ərzində bu xəstələrin sayı 32-dən 9-a enib. Onların da müalicəsi dövlət hesabına həyata keçirilir.”

Hepatit virusunun bütün dünyada olduğu kimi, Azərbaycanda da bu məsələ ciddi problemə çevrildiyini vurğulayan şöbə müdiri hemodializ xəstələri arasında da hepatitli xəstələrin üstünlük təşkil etdiyini təəssüflə qeyd edib:

“2635 nəfərin 152 nəfərində Hepatit B, 356 nəfərində Hepatit C, 49 nəfərində Mix virusu aşkarlanıb. Nazirin göstərişi ilə orta tibb işçiləri və həkimlərin, həmçinin böyrək xəstələrinin vaksinasiyası dövlət hesabına həyata keçirilir”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR