Komissiyanın yeni tərkibi təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

Komissiyanın yeni tərkibi təsdiqləndi

AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi təsdiq olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından Publika.az-a verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilib. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının bazası əsasında ölkə Prezidentinin Sərəncamına əsasən AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb. Komissiyanın fəaliyyətinin təşkili üçün ayrı-ayrı sahələr üzrə terminolojı lüğətlərin müzakirəsini təşkil etmək məqsədilə bölmələrin tərkibinə yenidən baxmaq zərurəti yaranmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm